Oxu.Az xəbər verir ki, hadisə yolun Xızı rayonunun Məşədihəsənli kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata əsasən, minik avtomobili əvvəlcə yük avtomobilinə çırpılıb. Daha sonra minik avtomobili yanıb.
Qəza nəticəsində 1999-cu il təvəllüdlü Cəmil Hacıəliyev həyatını itirib.
Hadisənin təfərrüatı dəqiqləşdirilir.