AZ

Polşa XİN Rusiyanı hədələdi: "Sizə xəbərdarlıq edilib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Polşanın xarici işlər naziri Radoslav Sikorski BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən Rusiyanı NATO ölkələrinə qarşı növbəti təxribatlara dair xəbərdar edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Polsat News" məlumat yayıb.
Nazir Rusiya dronlarının Polşaya hücumu ilə bağlı hadisəni xatırladıb.
"Heç kim sizin Ukraynanı işğal etmək cəhdlərinizi dəstəkləmir, bizi qorxutmağınıza imkan verməyəcəyik. Əgər qəsdən və ya təsadüfən bizim hava məkanımıza başqa bir raket və ya başqa obyekt uçarsa, o vurulacaq və qalıqları NATO ərazisinə düşəcək. Bundan sonra buraya şikayət etməyə gəlməyin. Sizə xəbərdarlıq edilib", - Sikorski vurğulayıb.
Qeyd edək ki, sentyabrın 10-dan etibarən Rusiya dronları və qırıcıları Polşa, Estoniya və Rumıniyanın hava məkanını pozub.
Seçilən
18
6
oxu.az

7Mənbələr