AZ

Lamin Yamal ilin ən yaxşı gənc futbolçusu seçildi

İspaniyanın "Barselona" klubunun futbolçusu Lamin Yamal "Qızıl top" mükafatının mərasimində 2024/25 mövsümünün ən yaxşı gənc oyunçusu olaraq "Kopa" titulunu qazanıb.

Teleqraf xəbər verir ki, 18 yaşlı ispaniyalı hücumçu bu mükafata ardıcıl ikinci il sahiblənib.

Digər namizədlər arasında Kenan Yıldız ("Yuventus", İtaliya), Joau Neveş və Dezir Due (hər ikisi PSJ, Fransa), Pau Kubarsi ("Barselona"), Rodriqo Mora ("Portu", Portuqaliya), Ayyub Buaddi ("Lill", Fransa), Estevao ("Çelsi", İngiltərə) Din Höysen ("Real Madrid", İspaniya) və Maylz Lüis-Skelli ("Arsenal", İngiltərə) var idi.

Qeyd edək ki, Lamin Yamal 2024/25 mövsümündə "Barselona"nın heyətində 55 matçda 18 qol vurub və 25 məhsuldar ötürmə edib.
Seçilən
27
4
sherg.az

5Mənbələr