AZ

Baş məşqçi: Açığı, öldüm dirildim

ain.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Türkiyə Super Liqasının 6-cı turunda evdə "Fatih Karagümrük"ü 3-2 hesabı ilə məğlub edən "Samsunspor"un baş məşqçisi Tomas Rəis oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, rəqibi 90+3-cü dəqiqədə vurulan qolla məğlub etdiklərini yada salaraq, çox gərgin matç olduğunu deyib.

Qələbədən sevinc və qürur duyduğunu dilə gətirən Rəis bildirib ki, ilk hissədə oyunları alınmayıb: "İlk hissədən sonra soyunub-geyinmə otağında həyəcan siqnalı çaldıq. Çox yaxşı başladıq, iki qol atıb, öə keçdik, lakin rəqib esaba tarazlıq gətirdi. Oyunun sonuuna doğru, açığı,  öldüm-dirildim. Nəhayət, son dəqiqə qolu ilə qalib gəldik".

Baş məşqçi meydançanın bərbad gündə olmasının da oyuna pis təsir etdiyini gizlətməyib.

Fərid

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
82
mia.az

1Mənbələr