AZ

İlin ən yaxşı baş məşqçisi bilindi

PSJ-nin baş məşqçisi Luis Enrike Yohan Kroyf mükafatının qalibi olub. 

Fanat.Az xəbər verir ki, bu mükafat ilin ən uğurlu baş məşqçisinə təqdim olunur. 

Luis Enrike Parisin “Şatle” teatrında keçirilən ilin ən yaxşılarının mükafatlandırma mərasimində qalib elan edilib. 

Qeyd edək ki, Luis Enrike 2023-cü ilin yayından PSJ-nin sükanı arxasındadır. Fransa təmsilçisi ötən mövsüm Çempionlar Liqası, Fransa çempionluğu, kubokunu və Superkuboku qazanıb.

İngiltərə millisinin baş məşçisi Sarina Viqman isə qadın futbolunun ən yaxşı məşqçisi seçilib.

Kamil Xudiyev

Seçilən
47
8
fanat.az

10Mənbələr