AZ

Antalyada bazarda partlayış: YARALILAR VAR -VİDEO

Türkiyənin Antalya şəhərinin Demre rayonunda meyvə-tərəvəz topdansatış bazarında partlayış baş verib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bazardakı müəssisələrdən birində qeydə alınan hadisə nəticəsində dörd nəfər yaralanıb. Bir nəfərin öldüyü bildirilsə də, hələ rəsmi şəkildə təsdiqlənməyib.

 

Partlayışın baş vermə səbəbi hələlik məlum deyil.

 

Əraziyə yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub.

Seçilən
11
senzor.az

1Mənbələr