AZ

1,5 il davam edən öskürəyin səbəbi balqabaq tumu imiş

Türkiyədə yaşayan 50 yaşlı Aysel Türkeş, 1,5 ildən bəri keçməyən öskürək şikayəti ilə xəstəxanaya müraciət edib. Həkimlərin apardığı müayinələr zamanı qadının ağciyərinə yapışmış balqabaq tumu aşkarlanıb. Toxum bronkoskopiya üsulu ilə çıxarılıb və Türkeş sağlamlığına qovuşub.

Aysel Türkeşi müayinə edən həkim Ömər Emre Aşkın, xəstədə astma və ya KOAH ola biləcəyindən şübhələnərək detallı analizlər aparıldığını bildirib. Nəticədə ağciyərdə yad cisim olduğu müəyyənləşdirilib.

"Bronkoskopiya ilə kamera vasitəsilə ağciyərə daxil olduq və yad cismi gördük. Əməliyyat zamanı onun balqabaq tumu olduğu ortaya çıxdı. Cismi çıxardıqdan sonra xəstə sağlamlığına qovuşdu" - deyə qeyd edib.

Aysel Türkeş isə uzun müddətdən sonra rahat nəfəs almağın sevincini yaşadığını bildirib.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
8
1
milli.az

2Mənbələr