AZ

ADY ixtisarlara başladı: İşdən çıxarılanlar 150 ə çatdı

Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Azərbaycan Dəmir Yolları” QSC ixtisarlara başlayıb.

Valyuta.az-ın əldə etdiyi məlumata görə, yenidən qurulan yol infrastrukturu üzrə bir sıra ara stansiyalar ləğv edilir. Bunun nəticəsində həmin stansiyalarda çalışan işçilər ixtisar edilir.

Məlumata görə, qərb, cənub və şimal istiqamətləri üzrə ümumilikdə 150 nəfərə yaxın işçisini ixtisar edib. Qeyd edilib ki, bəzi işçilər müəyyən digər işlərə yönəldilsə də, böyük hissəsinə əmək haqqının bir neçə misli təklif edilməklə öz ərizəsi ilə işdən çıxmaq təklif edilir. Buna razılaşmayanlar isə 3 aylıq əməkhaqqı ödənilməklə müqavilələrinə xitam verilir.

Qeyd edilir ki, yenilənmə prosesi çərçivəsində "Azərbaycan Dəmir Yolları”nda ixtisarlar davam edəcək. 

Xatırladaq ki, rəsmi rəqəmlərə görə, ilin əvvəlində QSC-də 4875 nəfər işçi çalışırdısa, 2025-ci ilin ilk yarısında 4798 nəfərə enib. Başqa sözlə, ilin ilk yarısı üzrə ixtisar edilən işçi sayı 77 nəfər olub. Bu isə deyilənləri bir daha təsdiq edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
17
qaynarinfo.az

10Mənbələr