AZ

BSU rektorunun şagirdlərlə növbəti görüşü baş tutub

Sentyabrın 22-də Bakı Slavyan Universitetinin (BSU) “Konstitusiya və Suverenlik İli” tədbirlər planı  çərçivəsində “Yeni dövrün Azərbaycanı”mövzusunda Gəncə şəhəri 29 nömrəli tam orta məktəbdə rektorun şagirdlərlə növbəti görüşü baş tutub. 

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, “Yeni dövrün Azərbaycanı” mövzusunda təşkil edilən görüşdə BSU-nun rektoru Anar Nağıyev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsin sədri Elçin Kərimov, Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov iştirak ediblər.

Tədbirdə çıxış edən BSU-nun rektoru  Anar Nağıyev tələbələr qarşısında dövlətin qanunvericilik bazasının əsasını təşkil edən Azərbaycan Respublikasının Konstitusiyasının formalaşması, onun əhəmiyyəti barədə bəhs edib. Konstitusiyamızın banisi Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycan xalqı üçün gördüyü işlərin önəmini bir daha diqqətə çatdıran rektor çıxışı zamanı Ümummilli Lider Heydər Əliyevin səyi və təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasının əhəmiyyətini vurğulayıb. O, bildirib ki, bu gün Ulu Öndərin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər, ölkə iqtisadiyyatının, qüdrətinin artması Azərbaycan regional güc mərkəzinə çevrilib.  A.Nağıyev Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan ordusunun vətən torpaqlarının işğaldan azad edilməsi yolunda canlarını qurban verməsini, gənclərin milli vətənpərvərlik ruhunda yetişməsinin əhəmiyyətini qeyd edib. Müasir Azərbaycan gəncliyinin milli birliyə, milli ideologiyaya sadiqliyindən bəhs edən rektor gənclərin yeni dövr Azərbaycanı üçün əhəmiyyətini vurğulayıb.

Çıxışı zamanı A.Nağıyev Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağını dalğalandırması və Xankəndidə tarixi çıxışından danışıb. 2024-cü il 14 fevral tarixli And içmə mərasimindəki çıxışından danışan rektor Azərbaycanın artıq yeni dövrə qədəm qoyduğunu, ərazi bütövlüyü və suverenliyini təmin edən Azərbaycanın regional gücə çevrildiyini və müasir dünya siyasətində oynadığını rolun əhəmiyyətini vurğulayıb.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsin sədri Elçin Kərimov, Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov və BSU-nun pedaqogika kafedrasının müdiri Piralı Əliyev mövzu ətrafında çıxış ediblər.

Görüşün interaktiv bölməsində şagirdlər fəal iştirak edərək BSU-da təhsil almaq, nümunəvi şagird necə olmalıdır, xarici mübadilə proqramları bağlı onları maraqlandıran sualları ünvanlayaraq geniş fikir mübadiləsi aparıblar.

 

 

 

 

 

Seçilən
16
1
tehsil.biz

2Mənbələr