AZ

Dünya İqtisadi Forumu ilə tərəfdaşlıq qurulur

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Dünya İqtisadi Forumu (WEF) arasında Assosiativ Mərkəz Tərəfdaşlığı (Üzvlük) Sazişi imzalanıb.

Bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub. Sənədi AZPROMO-nun İcraçı direktoru Yusif Abdullayevlə WEF-in Beynəlxalq Ticarət və İnvestisiyalar üzrə Siyasət və İcma rəhbəri Metyu Stefenson imzalayıb.

Saziş beynəlxalq ticarət və investisiya sahəsində əlaqələrin genişləndirilməsini və strateji əməkdaşlıq imkanlarının artırılmasını nəzərdə tutur.

Seçilən
10
6
xalqqazeti.az

10Mənbələr