AZ

Özünə ölüm yoldaşı götürən skuter sürücüsü təhlükə saçdı VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Bakıda skuter sürücüsünün qayda pozuntusu kameraya düşüb. Avtosfer.az-ın məlumatına görə, hadisə paytaxtın Abbasqulu ağa Bakıxanov küçəsində qeydə alınıb. Kadrlardan göründüyü kimi, sürücü sol zolaqda hərəkət edərək avtomobillərin arasından təhlükəli manevrlərlə keçib. Üstəlik, onun skuterdə tək olmadığı – arxasında sərnişin daşıdığı da görünür.

Qanunvericiliyə əsasən, skuterlərdə sərnişin daşınması qadağandır. Dövlət Yol Polisi dəfələrlə sürücülərə xəbərdarlıq edərək skuterlərdə sərnişin daşınmasının qadağan olduğunu bildirib.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
avtosfer.az

1Mənbələr