AZ

Estoniya XİN: Rusiya hava məkanımızı pozub, bizdə sübutlar var – ÖZƏL

Olaylar.az xəbər verir ki, Estoniyanın xarici işlər naziri Marqus Çahkna BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərək Rusiyanı ölkəsinin hava məkanını pozmaqda ittiham edib. Nazir bildirib ki, Estoniyanın ixtiyarında bu pozuntuya dair "möhkəm faktlar və sübutlar" var və Şuraya radar çapını təqdim ediblər.

"Rusiyaya məxsus döyüş təyyarələri raketlərlə təchiz olunmuş və döyüş hazırlığında idi. Pozuntu açıq-aşkar baş verib, amma Rusiya yenidən yalan danışır. Biz 2008-ci ildə Gürcüstanın işğalını, 2014-cü ildə Krımın ilhaqını və 2022-ci ildə Ukraynaya qarşı təcavüzü xatırlayırıq. Odur ki, yenidən yalan danışmayın, bizdə qəti sübutlar var", - deyə Çahkna vurğulayıb.

Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski isə Tallini "yalan yaymaqda" ittiham edib. Onun sözlərinə görə, Estoniya Rusiyanı əsassız şəkildə günahlandırır və "rusofobiya isteriyasından başqa heç bir dəlil təqdim etmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
olaylar.az

1Mənbələr