AZ

Sosial media imici həmişə maliyyə və etik davranışlarla uyğun gəlmir- ÖZƏL

"Son illərdə bəzi iş adamlarının sosial mediada gündəlik həyatlarını nümayiş etdirməsi, xüsusilə də lüks yemək, səyahət və sosial fəaliyyətləri, milyonlarla izləyici tərəfindən bəyənilir. Bu cür paylaşımlar onların uğur və nüfuz simvolu kimi qəbul edilməsinə səbəb olur". "Olaylar" xəbər verir ki, bunu deyən iqtisadçı alim Zahid Məmmədovun sözlərinə görə, lakin reallıq göstərir ki, sosial media imici həmişə maliyyə və etik davranışlarla uyğun gəlmir: "Məsələn, dünyada və Azərbaycanda bir sıra iş adamlarının ilkin uğurlu imici, sonradan maliyyə fırıldaqları, qaçaqmalçılıq və vergidən yayınma faktları ilə əks olundu. ABŞ və Avropada 2008-2009-cu illərdəki maliyyə böhranları zamanı bəzi iş adamlarının ictimaiyyət qarşısında nüfuzlu görünən fəaliyyəti, böyük maliyyə fırıldaqları ilə ziddiyyət təşkil etmişdi.



Azərbaycan kontekstində də oxşar nümunələr mövcuddur. İş adamlarının xarici bir futbolçuya 1 saatlıq nümayış üçün böyük vəsait yatırdıqları zaman, bu vəsaitin real məqsəd və şəffaflıqla istifadə olunub-olunmadığı ciddi suallar doğurur. Əgər milyonlarla vəsait yalnız bir futbolçunun beş dəqiqəlik görüntüsünə sərf olunursa, Azərbaycan idmanının inkişafına və əsas məqsədinə aidiyyatı yoxdursa, bu, qanuni və etik baxımdan ciddi problem hesab edilir.
Belə hallar cəmiyyət üçün həm xəbərdarlıq, həm də ibrətamiz nümunədir: sosial media imici, lüks həyat həmişə həqiqi maliyyə şəffaflığı və etik dəyərlərlə uzlaşmır. Şəffaflıq, hesabatlılıq və etik davranış yalnız ictimai nüfuzun qorunması üçün deyil, həm də iqtisadi və sosial inkişafın davamlılığı üçün həyati əhəmiyyət kəsb edir.
Nəticədə, iş adamlarının ictimai fəaliyyəti və sosial media nümayişi yalnız uğurun simvolu kimi qiymətləndirilməməli, maliyyə, qanuni və etik aspektlər baxımından ciddi təhlil edilməlidir. Bu, cəmiyyət üçün həm dərs, həm də ibrətamiz bir nümunə rolunu oynayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
61
olaylar.az

1Mənbələr