AZ

Tokayev Zelenski ilə Ukrayna nizamlamasını müzakirə edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Ukrayna lideri Vladimir Zelenski ilə görüşündə Ukraynada münaqişəyə son qoymaq yollarının tapılması üçün diplomatik səylərin davam etdirilməsinin zəruriliyi barədə fikirlərini bildirib. Bu barədə sentyabrın 23-də Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Xəbəri “İzvestiya.ru” verib. 

“Qazaxıstan prezidenti belə bir fikrə gəlib ki, bu son dərəcə çətin vəziyyətdə münaqişəyə son qoymaq yollarını tapmaq üçün diplomatik səylər davam etməlidir”, - məlumatda deyilir.

Tərəflər Qazaxıstan və Ukrayna arasında ikitərəfli iqtisadi və humanitar əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

P.ƏMİRCANOV
XQ

Seçilən
25
1
xalqqazeti.az

2Mənbələr