AZ

Paşinyan gözünü yumub, ağzını açdı: Övladlarınız harada idi?!

“Levon Ter-Petrosyan Ermənistanı müharibəyə sürükləyib qaçdı. Robert Köçəryan Qarabağı müharibəyə sürükləyib Ermənistana qaçdı. Serj Sarkisyan əvvəllər Laçın postunda yığdığı puldan həzz almaq üçün Qarabağdan qaçmışdı”.

Modern.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş prezidentlər haqda danışarkən deyib.

«Qalib prezidentlər, qalib prezidentlər! Üçüncü Respublikanın tarixi üzərində düşünərkən mən dəhşətlə qeyd etdim ki, “qalib prezidentlər” adlandırılanların heç biri, təsəvvür edə bilməzsiniz, heç biri xalqın etimadını qazanmayıb. Toyuqlu pizza

Qulaq asın, xalqa qələbə gətirdinizsə, 1996-cı ildən bəri seçkiləri niyə saxtalaşdırdığınızı izah edə bilərsinizmi? Xalq onlara qələbə gətirən liderləri necə seçə bilməzdi? Necə?”, - Paşinyan əlavə edib.

Baş nazir bildirib ki, eks-prezidentlər ölkəyə nəinki qələbə gətirdilər, Ermənistanı heç bir çıxış yolu olmayan uçuruma sürüklədilər. Bunu isə artıq onların maliyyələşdirdiyi analitiklər, "xalq və əməkdar" etdikləri artistlər, Ermənistanı bəsləyən analar və onların arxasında səssiz-səssiz dayanan atalar başa düşdülər.

“İndi isə görürsünüz ki, bəli, minlərlə qurbanın bahasına o çıxış yolu tapılıb. Gündə üç dəfə sözün həqiqi mənasında ölürsünüz. Bir dəfə səhər, bir dəfə günorta, bir də qaranlıq çökən kimi.

İndi deyin görüm, debata gələcəksiz, yoxsa gəlməyəcəksiz? Ktriç, Samoy, Gevorq, Vazgeni özünüzlə gətirə bilərsinizmi? “İrəvan-Kentron”dakı keçmiş kameramda debat təşkil edə bilərik ki, hamınız üçün rahat olsun”, - Paşinyan qeyd edib.

Baş nazir eks-prezidentlərə sual edib: "Onlar davamlı olaraq mənim Ermənistanı müharibəyə sürüklədiyimi iddia edirlər. Guya bunların zamanında sülh zonası olub. Yaxşı, bəs nə üçün nəvələrinizi və uşaqlarınızı "sülh zonası"na göndərmədiniz? Cavab verin, uşaqlarınız o vaxt harada idilər və nə edirdilər?"


Telegram kanalımız
Seçilən
11
5
yenisabah.az

6Mənbələr