“ATV” telekanalının yeni komediya serialı “İki qapı arasında”nın yayım tarixi bəlli olub.
“Cebheinfo.az” xəbər verir ki, ekran işi 28 sentyabr bazar günü başlayacaq.
Layihənin ilk bölümü saat 19:30-da yayımlanacaq. “İki qapı arasında” serialının baş rolu və prodüseri Elməddin Cəfərovdur.
Serialda Mətanət Əliverdiyeva, Vəfa İsmayılova, Əsmər Rüstəmli, Ülviyyə Əliyeva və Mətləb Səfərli kimi tanınmışlar da çəkiləcək.