ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Şuşanın işğalı zamanı şəhərə ilk daxil olan erməni tankının komandiri, polkovnik Qaqik Avşaryan ölüb.Modern.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan KİV-i yayıb.
Polkovnik Qaqik Avşaryan 1-ci dərəcəli “Döyüş Xaç ordeni” sahibi idi.
Qaqik Avşaryanın komandanlıq etdiyi 442 nömrəli T-72 tankı Birinci Qarabağ müharibəsi zamanı Şuşa yaxınlığında məhv edilmişdi. Həmin tankı məhv edən Azərbaycanın şəhid Milli Qəhrəmanı Albert Aqarunov olmuşdu. O zaman tankın ekipaj üzvlərindən ikisi - Aşot Avanesyan və Şahen Sarkisyan ölmüş, polkovnik Qaqik Avşaryan isə sağ qalmışdı.Sonradan ermənilər Şuşanı işğal edəndə həmin tankı "simvol" olaraq şəhərin girişində yerləşdirmişdilər. Vurulmuş tank uzun illər – işğal dövründə Şuşanın girişində qaldı
2020-ci ildə Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdikdən sonra Qaqik Avşaryanın tankı həmin yerdən götürüldü.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.