RU

Şuşanın girişinə qoyulan erməni tankının komandiri öldü

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Şuşanın işğalı zamanı şəhərə ilk daxil olan erməni tankının komandiri, polkovnik Qaqik Avşaryan ölüb.Modern.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan KİV-i yayıb.

Polkovnik Qaqik Avşaryan 1-ci dərəcəli “Döyüş Xaç ordeni” sahibi idi.

Qaqik Avşaryanın komandanlıq etdiyi 442 nömrəli T-72 tankı Birinci Qarabağ müharibəsi zamanı Şuşa yaxınlığında məhv edilmişdi. Həmin tankı məhv edən Azərbaycanın şəhid Milli Qəhrəmanı Albert Aqarunov olmuşdu. O zaman tankın ekipaj üzvlərindən ikisi - Aşot Avanesyan və Şahen Sarkisyan ölmüş, polkovnik Qaqik Avşaryan isə sağ qalmışdı.Sonradan ermənilər Şuşanı işğal edəndə həmin tankı "simvol" olaraq şəhərin girişində yerləşdirmişdilər. Vurulmuş tank uzun illər – işğal dövründə Şuşanın girişində qaldı

2020-ci ildə Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdikdən sonra Qaqik Avşaryanın tankı həmin yerdən götürüldü.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
1
1
modern.az

2Источники