AZ

İran prezidenti ABŞ-a səfərə yola düşüb

İran prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb.

İran mətbuatının məlumatına görə, Pezeşkian yola düşməzdən əvvəl bildirib ki, bu səfər mövqeləri və baxışlarımızı dünyaya çatdırmaq üçün yaxşı fürsətdir.

“Bu gün biz birtərəfliliyin və totalitarizmin şahidi oluruq, hakimiyyətdə olan dövlətlər insanları məhv etmək üçün öz alətlərindən istifadə edirlər. İrqindən və etnik mənsubiyyətindən asılı olmayaraq hər bir insan yaşamaq hüququna malikdir”

Pezeşkian bildirib ki, ABŞ-da dövlət başçıları ilə görüşləri olacaq.

“Biz bir-birimizi səhv başa düşə bilərik, buna dialoq yolu ilə nail olmaq lazımdır. Amma hədə-qorxu gəlmək istəyən adamla danışıqlar aparmaq mümkün deyil”.

AzPost.az

Seçilən
19
azpost.info

1Mənbələr