AZ

ABŞ a gedən İran rəsmilərinə inanılmaz qadağa: Əmri birbaşa o verib

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ rəsmiləri Nyu Yorka səfər edən İran nümayəndə heyətinin lüks markalar və topdansatış mağazalarında alış-veriş etməsinə məhduyyiət qoyub. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Nəşr yazır ki, bu addım İran rəhbərliyinə maksimum təzyiq siyasətinin tərkib hissəsidir. 

Daha əvvəl ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqot da iranlı din xadimlərinin xaricdə dəbdəbəli həyat yaşadıqlarını, çoxlu pul xərclədiklərini, ölkə əhalisinin isə yoxsulluq, su və elektrik çatışmazlığı yaşadığını vurğulayıb. 

Beləliklə, Tehran nümayəndə heyətinin ABŞ daxilində hərəkəti məhdudlaşdırılıb. Əvvəllər nümayəndələr BMT-nin binası, İran səfirinin iqamətgahı və Con Kennedi Beynəlxalq Hava Limanı arasında sərbəst hərəkət edə bilirdilər. İndi isə marşrutların sayı azaldılıb. Bu barədə qərarı birbaşa ABŞ Dövlət katibi Mark Rubionun verdiyi deyilir.

Qeyd edək ki, İranın nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi rəhbərlik edir.

Əliyar Xəlil

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
globalinfo.az

1Mənbələr