Bu barədə nəqliyyat eksperti Yasin Mustafayev Demokrat.az-a açıqlamasında deyib ki, bu qərar gözlənilən idi:
“Müxtəlif ölkələrdə və böyük şəhərlərdə artıq bu sistem tətbiq olunur. Buna tıxac vergisi də deyirlər. Yəni simvolik olaraq belə adlandırılır. Buradakı məqsəd, sıxlıq olan ərazilərdə, xüsusilə də şəhər mərkəzlərinə avtomobillə girişin ödənişli əsaslarla məhdudlaşdırılmasıdır. Bu sistemə görə, sürücülər şəhər mərkəzinə daxil olmaq üçün müəyyən məbləğ ödəyirlər. Bu da, təbii olaraq, tıxacların azaldılmasına və nəqliyyat axınının tənzimlənməsinə xidmət edir. Eyni zamanda, bu yolla toplanan vəsait xüsusi fonda yönəldilir. Həmin vəsaitin müxtəlif sahələrdə nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, ictimai nəqliyyatın inkişafı və ekoloji layihələr üçün istifadə olunması nəzərdə tutulur”.
Leyla Turan
Demokrat.az