AZ

Nazir: “Tibb müəssisələri beynəlxalq akkreditasiya almalıdır”

“Bütün tibb müəssisələrinin JCI, ISQUA kimi beynəlxalq tanınmış təşkilatlar tərəfindən akkreditasiyaya alınmasını məqəsədəuyğun hesab edirik". 

News24.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel sessiyada deyib. 

"Bu, göstərilən tibbi xidmətlərin ən yüksək standartlarının sübutu, həm də layihənin davamlılığını və rəqabət qabiliyyətinin zəmanətidir”, - deyə Teymur Musayev əlavə edib.

Nazir bildirib ki, bu tədbir “Sea Breeze Health Valley”-i beynəlxalq səviyyədə tanıtdıracaq. Onu yerli və xarici pasiyentlər üçün etibarlı məkana çevirəcək:

""Sea Breeze Health Valley” yalnız səhiyyə layihəsi deyil. Eyni zamanda, bu sahəni artımın əsas sütununa çevirəcək və milli iqtisadiyyatın diversifikasiyasına töhfə verəcək. Bu layihə yeni səhiyyə iqtisadiyyatı və maliyyələşdirmə modelləri üçün əsas istiqamətlərdən biridir. Layihə tibbi turizm və elmi tədqiqatlar üzrə beynəlxalq mərkəz olmaqla yanaşı, regional tibb operatorlarını birləşdirərək yeni əməkdaşlıq imkanları yaradacaq". 

Teymur Musayev vurğulayıb ki, ““Sea Breeze Health Valley” qanunvericilikdə xüsusi yanaşma və normativ bazanın tətbiq edilə biləcəyi unikal bir təşəbbüsdür: 

"Əks halda, onun həyata keçirilməsi gecikmələr riski daşıyır. Nazirlik olaraq, layihəni dəstəkləmək üçün xüsusi uyğunlaşdırılmış normativ yanaşma qəbul etməyə tam hazırıq. Bu yanaşma layihənin sürətli və uğurlu həyata keçirilməsini təmin edəcək. Nazirlik maraqlı tərəflərdən ibarət təşəbbüs qrupuna rəhbərlik edərək layihəyə tam dəstəyini bir daha təsdiqləyir”.





Seçilən
67
6
news24.az

7Mənbələr