Dövlət Turizm Agentliyi Hava Limanı Turizm İnformasiya Mərkəzinin strukturunun hazırlanmasına başlayır.
Missiya.Az bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, İnformasiya Mərkəzində uzunluğu 300 sm, hündürlüyü 246 sm, dərinliyi isə 60 sm olan ehtiyat paneli quraşdırılacaq.
Bundan başqa, panelin yuxarı üst hissəsində olan "Tourist info" və " İ" simvolu 40 sm hündürlüyündə hərflər daxili işıqlandırma ilə olacaq.