AZ

Tibb müəssisələri beynəlxalq akkreditasiya almalıdır- Nazir

Tibb müəssisələri beynəlxalq akkreditasiya almalıdır. Bunu səhiyyə naziri Teymur Musayev  deyib.

“Səhiyyə sahəsindəki milli standartları beynəlxalq standartlara çevirməyə çalışırıq. Azərbaycan təbabətin müxtəlif sahələrində xəstələr üçün bütün mümkün imkanların yaradılması üçün addımlar atır. Burada infrastruktur, qlobal inteqrasiya da dayanıqlılıq üçün önəmlidir. Beynəlxalq standartların qorunmasına gəlincə, qaydalara riayət etməliyik. Bütün tibb müəssisələrinin JCI, ISQUA kimi beynəlxalq tanınmış təşkilatlar tərəfindən akkreditasiyaya alınmasını məqəsədəuyğun hesab edirik”, -  Teymur Musayev birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel sessiyada deyib. 

  Aytac

Seçilən
21
anews.az

1Mənbələr