AZ

Aydın Kərimov: Şuşada sağlamlıq və müalicəvi istirahət mərkəzləri yaradılacaq

BAKI, 23 sentyabr. TELEQRAF

Şuşanın baş plan çərçivəsində müəyyən ərazilər artıq ayrılıb ki, investorlar orada sağlamlıq-resort obyektləri qura bilsinlər. Hazırda beynəlxalq məsləhətçilərlə birlikdə investorlara imkanları dəyərləndirməkdə faydalı olacaq texniki-iqtisadi əsaslandırma hazırlanır.

Teleqraf xəbər verir ki, bu barədə Prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) bildirib.

Onun sözlərinə görə, Şuşanın Azərbaycanın digər gözəl yerlərindən fərqləndirən əsas cəhət, şübhəsiz ki, şəhərin çox maraqlı tarixi abidələrə sahib olmasıdır:

“İndiyədək 30-a yaxın abidə – məscidlər, kilsə, muzeylər və digər obyektlər bərpa olunub və bu proses qarşıdakı illərdə də davam edəcək. Bu isə Şuşaya gələn turistlər və qonaqlar üçün əlavə cazibə yaradır. Onlar yalnız şəhərdə qalmaqla kifayətlənməyəcək, əgər yaxşı sağlamlıq-resort imkanları, müalicəvi istirahət mərkəzləri fəaliyyət göstərsə, daha uzun müddət burada vaxt keçirəcəklər”.

Seçilən
40
1
teleqraf.com

2Mənbələr