Avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü həbs edilib.
Rayon sakini Nihat Babayev idarə etdiyi “Tofaş” markalı avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini “TikTok” sosial şəbəkəsində paylaşıb.
Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə N.Babayev sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla 1 ay müddətinə inzibati qaydada həbs edilib.