AZ

“Diqqət, uşaqlar!” aylığı çərçivəsində tədbirlər davam edir - VİDEO

Yollarda uşaq travmatizminin minimuma endirilməsi məqsədilə icra olunan “Diqqət, uşaqlar!” aylığı davam edir. Tədbir çərçivəsində respublikanın təhsil ocaqlarında keçirilən növbəti maarifləndirmə tədbiri Simurq Liseyində təşkil edilib.

Bu barədə Ekologiya.az-a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, idarənin təşkilatçılığı ilə həyata keçirilən görüşdə yol hərəkəti qaydalarının əhəmiyyəti, piyada və sürücülərin məsuliyyəti, yollarda təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyi barədə təhsilalanlara ətraflı məlumat verilib. Bu sahədə bilik və bacarıqların şagirdlər tərəfindən daha asan mənimsənilməsi üçün müxtəlif metodiki vəsaitlərdən, audiovizual materiallardan istifadə olunub.

BDYPİ xüsusilə vətəndaş cəmiyyəti institutlarını “Diqqət, uşaqlar!” aylığına töhfə verməyə çağırır və bir daha xatırladır ki, yol hərəkəti qaydalarının uşaq və yeniyetmələrə aşılanması və bu qaydaların onların gündəlik həyat tərzinə çevrilməsi gələcəkdə təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Seçilən
15
4
ekologiya.az

5Mənbələr