AZ

Şuşada investorların sağlamlıq və kurort tipli obyektlər inkişaf etdirə bilməsi üçün ərazilər ayrılıb - Aydın Kərimov

Bakı. Trend:

Azərbaycanın azad edilmiş ərazilərində muzeylər və müxtəlifobyektlər də fəaliyyət göstərir və bu proses qarşıdakı illərdə dədavam etdiriləcək. Bu isə həm turistlərin, həm də ziyarətçilərincəlb olunmasına xidmət edir.

Trend xəbərverir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundaxüsusi nümayəndəsi Aydın Kərimov bu gün Bakıda keçirilən 1-ciAzərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günündəbildirib.

Onun sözlərinə görə, turistlər yalnız şəhərdə qalmayacaq, yaxşısağlamlıq və istirahət mərkəzləri, kurort tipli obyektlərinyaradılması onların şəhərdə daha çox vaxt keçirməsinə imkanverəcək: "Bunun üçün artıq baş planımızda investorların sağlamlıqvə kurort tipli obyektlər inkişaf etdirə bilməsi üçün müəyyənərazilər ayrılıb. Hazırda beynəlxalq məsləhətçilərlə birlikdəinvestorların imkanları daha rahat dəyərləndirməsi üçün müvafiqfizibiliti (iqtisadi əsaslandırma) araşdırmaları aparılır. Bununlaparalel olaraq, qonaqpərvərlik xidmətlərinin də səviyyəsininyüksəldilməsi nəzərdə tutulur. Əsas məqsədlərdən biri də beynəlxalqtanınmış brendlərin Şuşada və ətraf ərazilərdə fəaliyyətəbaşlamasıdır".

Xüsusi nümayəndə səhiyyə infrastrukturuna gəlincə qeyd edib ki,dövlət proqramı çərçivəsində tələb olunan adi tibb müəssisələri dənəzərdə tutulub: "Artıq Səhiyyə Nazirliyinin dəstəyi ilə ŞuşaSəhiyyə Mərkəzi istifadəyə verilib. Bu mərkəz həm ənənəvi səhiyyəxidmətləri göstərir, həm də özəl tərəfdaşlarla birlikdə sanatoriyavə reabilitasiya proqramlarının həyata keçirilməsi üçün imkanyaradır. Burada cərrahiyyə sonrası reabilitasiya, fizioterapiya vədigər xüsusi tibbi xidmətlər mümkündür.

Eyni zamanda, bu mərkəz bioloji biznes modelinin tətbiqinə dəşərait yaradacaq. Çünki Şuşanın yaxınlığında məşhur mineral suehtiyatları mövcuddur və hökumətin planı həmin suların şəhərəgətirilməsidir. Hazırda bu proses üzərində işlər aparılır və yaxıngələcəkdə reallaşdırılması gözlənilir".

"Nəticə etibarilə bütün bu addımların faydası və hədəfivətəndaşlara, istifadəçilərə yönəlib. İnsanlar həm dəniz kənarındaistirahət, həm də peşəkar tibbi xidmətlərdən yararlanmaq imkanıqazanacaq. Əgər onların paketlərinə dağ kurortları və sağlamlıqmərkəzləri də daxil edilərsə, bu yalnız onların xeyrinə olacaq.

Dünyanın bugünkü reallığında təkbaşına işləmək mümkün deyil.Burada əsas meyil əməkdaşlıqdır. İctimai səhiyyə sistemi, özəlsəhiyyə sektoru, tədqiqat mərkəzləri, təhsil müəssisələri birgəfəaliyyət göstərməlidir. Bu, sinerji və qarşılıqlı əməkdaşlıq tələbedir. Azərbaycanın kontekstində isə xüsusilə ucqar bölgələrin dəyüksək səviyyəli tibbi xidmətlərdən yararlanması böyük əhəmiyyətdaşıyır", - A. Kərimov vurğulayıb.

Məqalədə:
Seçilən
41
3
az.trend.az

4Mənbələr