AZ

Azərbaycan 2027-ci ildə yeni beynəlxalq yük hava limanı ilə Avrasiya logistik mərkəzinə çevriləcək

Azərbaycan 2027-ci ildə Ələt Azad iqtisadi Zonasının tərkibində yeni beynəxalq yük hava limanının istifadəyə verilməsini planlaşdırır. Bu layihə ölkənin Avrasiya regionunda əsas loqistika mərkəzlərdən birinə çevrilməsinə xidmət edəcək. Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində məlumat verib. 

Nazir, Bakıda keçirilən 10-cu beynəxalq "Caspian Air Cargo Summit" konfrasında çıxışı zamanı bildirib ki, Azərbaycan hazırda regionun ən böyük və müasir hava yükü donanmalarından birinə sahibdir. 

"2006-ci ildən keçirilən bu sammit regionun aparıcı loqistika tədbirinə çevrilib və Azərbaycanın qlobal ticarətdə artan rolunu nümayiş etdirir. Ümid edirəm ki, sammitdə iştirak edən sahə liderlərinin müzakirələri qlobal hava yük daşımalarının inkişafına töhvə verəcək", - nazir bildirib. 

Ələt Azad İqtisadi Zonasının yaradılması 2021-ci ildən sürətləndirilib və zona Azərbaycanın qeyri-neft ixracı və tranzit potensialını artırmaq məqsədi daşıyır. 

Gülnar Nazimqızı 

 

Seçilən
32
anews.az

1Mənbələr