AZ

Məni neçəyə aldıqları vecimə deyil Uqo Ekitike

Fanat saytına istinadən ain.az xəbər verir.

"Liverpul"un hücumçusu Uqo Ekitike bu yay "Ayntraxt"dan 90 milyon avro qarşılığında transfer edilməsinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Goal" belə çatdırıb:

"Məni neçəyə aldıqları vecimə deyil. Öz oyunuma köklənmişəm. Qalanları mənim transfer qiymətimdən danışa bilərlər. Bundan qurtulmaq mümkün deyil. Futbol dəyişilib. "Liverpul" mənim seçimimdir. Bu kluba keçmək istəyirdim. Özümə uyğun yer seçmişdim və düşünürəm ki, səhv etməmişəm".

Qeyd edək ki, Uqo cari mövsüm "qırmızılar"ın forması ilə 7 matça çıxaraq 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat 

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
fanat.az

2Mənbələr