AZ

Bakı məktəbində direktor valideynlərdən gül əvəzinə pul tələb edir? - İDDİA

Bakının Nizami rayonunda yerləşən Kamil Əyyubov adına 12 nömrəli məktəbin direktoru ilə bağlı narazılıq var.

AzEdu.az xəbər verir ki, sosial şəbəkədə paylaşılan şikayətdə direktorun valideynlərdən müəllimlərə gül əvəzinə pul gətirmələrini tələb etdiyi iddia olunub.

"Təsəvvür edin, müəllimə ziyarətdən gəldiyi üçün də uşaqlardan pul yığırlar. İbtidai sinif müəllimələri Təranə və Məlahət adlı şəxslər məcburi olaraq uşaqlara on manata iş dəftəri, iki manata gündəlik satırlar. Direktor qayda qoyub - bunları başqa yerdən almaq olmaz, ancaq məktəbdən alınmalıdır", - deyə iddiada bildirilib.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtdakı 12 nömrəli tam orta ümumtəhsil məktəbində vəsait toplanması iddiası ilə bağlı BŞTİ tərəfindən araşdırma aparılacaq.

"Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halın baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır", - deyə məlumatda bildirilir.

Seçilən
14
2
azedu.az

3Mənbələr