AZ

Vatsap profillərə feysbuk hesabı əlavə etməyi sınaqdan keçirir

Vatsap profillərə feysbuk hesabı əlavə etməyi sınaqdan keçirir

Vatsap yaxın zamanda istifadəçilərə profillərinə feysbuk hesablarını əlavə etmək imkanı verəcək yeni funksiya üzərində çalışır.

Xarici mətbuata istinadən yayılan məlumata görə, bu yenilik instaqramda olduğu kimi, feysbuk profil məlumatlarını birbaşa vatsap hesabında göstərməyə şərait yaradacaq.

Funksiya məcburi deyil, yalnız istifadəçilərin istəyinə bağlı olacaq. Feysbuk profilinin həqiqətən həmin şəxsə aid olduğunu yoxlamaq isə “Hesab Mərkəzi” üzərindən həyata keçiriləcək.

Əgər hesab təsdiqlənibsə, profilin yanında feysbuk nişanı görünəcək. Təsdiqlənməyən profillər isə sadəcə keçid linki (“URL”) formasında göstəriləcək.

Mütəxəssislər bildirirlər ki, bu dəyişiklik vatsapda digər sosial media platformalarının inteqrasiyası üçün ilk addım hesab olunur.

Seçilən
44
afn.az

1Mənbələr