AZ

Deputat Alim Qasımovun himni dəyişməsindən danışdı— "Nəyi pisdir?"

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin bağlanış mərasimində Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımovanın himnimizi fərqli formada ifa etmələri birmənalı qarşılanmayıb. Bəziləri bu ifaya heyran olsa da, digər qismi himnin dəyişdirilməsini düzgün hesab etməyib.

Bu barədə Demokrat.az-a danışan millət vəkili Fazil Mustafa qeyd edib ki, burada irad bildiriləcək bir məqam yoxdur:


“Bir şey fərqli formada təqdim olunanda, fərqli formada da anlaşılır. Əsas odur ki, onun arxasındakı niyyət nədir? Niyyət himnimizi çatdırmaqdır, bunu hansı formada edirsənsə, insanlar zövq almalıdır. Yəni bu, statik bir şey deyil ki. Təhsil də belədir, məsələn, bu günlərdə bir ingilis dili müəllimi özünəməxsus bir şəkildə ingilis dilini öyrədirdi. Əgər bu effekt verirsə, nəyi pisdir?

İndi bizim tanınmış bir sənətçimiz bunu yeni aranjimanda təqdim edirsə, burada bir problem axtarmağın nə mənası var? Niyyət himnimizi tanıtmaq, sevdirməkdir. Bunu ediblərsə, ancaq təşəkkür düşür”.

Cavidan Mirzəzadə
Demokrat.az
Seçilən
12
1
demokrat.az

2Mənbələr