AZ

Ağdama ilk köç noyabrda başlayacaq

Bu ilin noyabrında Ağdam şəhərinə ilk köçün həyata keçirilməsi planlaşdırılır. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib.

Emin Hüseynov qeyd edib ki, ilkin mərhələdə Ağdama 110 ailənin köçürülməsi nəzərdə tutulur. "Hazırda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə köçürüləcək ailələrin siyahısı hazırlanır", –  o əlavə edib.

Bu addım, Qarabağ bölgəsinin bərpası və sakinlərinin geri dönməsi prosesinin başlanğıcı olaraq böyük əhəmiyyət daşıyır. Köçürmə prosesinin uğurla həyata keçirilməsi üçün dövlət tərəfindən müxtəlif dəstək tədbirləri nəzərdə tutulur.

Bir müddət öncə Azərbaycan 32 ildən sonra Bakı–Ağdam marşrutu üzrə sərnişin qatarlarının hərəkətini bərpa edib.

Ağdam 2020-ci ilin noyabrında işğaldan azad edilib. İkinci Qarabağ Müharibəsində ən çox zərər çəkmiş rayondur. Müharibəyə qədər Ağdamda 143 min insan yaşayıb.

Prezidentin sərəncamı ilə imzalanan Qarabağa qayıdış proqramı çərçivısində 2026-ci ilə kimi 20 min nəfərin Ağdama köçürülməsi nəzərdə tutulub.

Aytac 

Seçilən
24
anews.az

1Mənbələr