Türkiyənin İğdır vilayətində “Arazın o tayında” (“Arazın öteki yanı”) sənədli filminin nümayişi keçirilib.
Kulis.az xəbər verir ki, tədbir Azərbaycanın Qarsdakı baş konsulluğu, İğdır valiliyi və İğdır Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Sənədli filmdə Türkiyə-Ermənistan sərhədində Araz çayı ilə bölünmüş kəndlərin - Halıkışlak (Qars, Türkiyə) və Hacı Bayramın (Qərbi Azərbaycan) sakinlərinin faciəli taleyindən bəhs edilir.
Qeyd edək ki, filmin nümayişi konsert proqramı ilə davam etdirilib.