AZ

Azad olunmuş ərazilərdə 50 min insan yaşayır -RƏSMİ

Son 5 ildə azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri ilə bağlı inanılmaz dərəcədə irəliləyiş əldə etmişik. 50 min insan artıq azad olunmuş torpaqlarda yaşayır və işləyir. Qarabağa və Zəngəzura həyat geri dönüb.

Redaktor.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, bu ərazilərdə cəmiyyətin canlanmasına səbəb olan əsas komponent təhsil və səhiyyədir.

"Biz azad edilmiş ərazilərdə bərpa işlərinə başlayarkən qarşımızda hazır bir düstur yox idi. Bu, kifayət qədər düşündürücü məsələdir. Dünyada elə bir təcrübə yox idi ki, viran qoyulmuş məkanı necə bərpa etmək olar. Biz bərpa, inşaat üsulumuzu özümüz ixtira etməli olduq. Azad olunmuş ərazilərdə minalardan təmizləmə işləri əsas çətinliklərdən idi. Azərbaycan son 5 ildə bu prosesdən keçərkən özü öyrəndi və kəşflər etdi. Bizim səriştəmiz bütün dünyada müharibədən zərərçəkmiş ölkələr üçün də faydalı ola bilər. Düzgün planlama olarsa daha az xəta, ləngimə olacaq",- deyə Emin Hüseynov vurğulayıb.

Seçilən
20
6
redaktor.az

8Mənbələr