AZ

Gəncə şəhərinin daxili yollarının əsaslı təmiri işləri yekunlaşmaq üzrədir

Təmir olunan küçə və prospektlərin ümumi sahəsi 1 milyon kvadratmetrdən çoxdur. Ümumilikdə dövlət başçısının sərəncamları əsasında 76 küçə və prospektdə təmir işləri aparılır.

XQ AAYDA-ya istinadən xəbər verir ki, layihə çərçivəsində köhnə asfalt-beton örtüyü sökülüb, zəruri sahələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əks dolğu işləri aparılıb və optimal qırmadaş, qum-çınqıl qarışığından ibarət yeni yol əsası inşa edilib. Bu mərhələlərin tamamlandığı küçələrdə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur və bu işlər artıq yekunlaşmaq üzrədir.

Eyni zamanda, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunub, yeni səkilər inşa edilib və kənarlarına səki daşları düzülüb.

“İnşaat Norma və Qaydaları”na uyğun olaraq, təmir olunan ərazilər boyunca yeraltı kommunikasiya xətlərinə aid baxış qapaqları layihə hündürlüyünə qaldırılıb və yenilənib. Bununla da müasir yol infrastrukturu formalaşdırılır.

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında, əvvəlcədən tərtib olunmuş iş qrafikinə uyğun şəkildə həyata keçirilir. Layihənin vaxtında və keyfiyyətlə tamamlanması üçün ərazilərə zəruri sayda texnika və canlı qüvvə cəlb olunub.

Ümumilikdə, Gəncə şəhərində yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində həyata keçirilən təmir-tikinti işləri, vətəndaşların təhlükəsiz və komfortlu hərəkətini təmin edəcək.

Müşfiq Mirzə

XQ

 

                    

  

  

Seçilən
36
8
xalqqazeti.az

9Mənbələr