Noyabrda Ağdam şəhərinə ilk köç planlaşdırılır.
Far.Az xəbər verir ki, bunu "Report"a Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib
O qeyd edib ki, ilk mərhələdə 110 ailənin şəhərə köçü planlaşdırır.
"Hazırda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə köçürüləcək ailənin siyahısı hazırlanır".