AZ

"Zaqatala" 2 legionerlə gücləndi

1-ci Liqa təmsilçisi "Zaqatala" transfer çalışmalarını davam etdirir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi iki legioner futbolçu ilə güclənib.

Hər ikisi konqolu olan ənəbilərin biri hücumçu, digəri mərkəz müdafiəçisidir. Adlarını dəqiqləşdirə bilmədiyimiz bu futbolçuların növbəti oyunda iştirak etmək ehtimalları yüksəkdir.

Xatırladaq ki, sözügedən komanda 1-ci Liqanın 3-cü turunda Binə qəsəbə stadionunda MOİK-in qonağı olacaq. Rüstəm Məmmədovun rəhbərliyi altında ilk turda "Cəbrayıl"ı ilə yenən (1:0) "Zaqatala" ikinci görüşdə öz meydanında "Şəfa"ya böyük hesabla məğlub olub - 0:4.

Nihat

Seçilən
10
1
fanat.az

2Mənbələr