AZ

ABŞ İran prezidentinin oğluna viza verməyib

ABŞ hökuməti İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkiana BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün viza verməkdən imtina edib.

Milli.Az xəbər verir ki, Yusif Pezeşkian nümayəndə heyətinin tərkibində Nyu-Yorka səfər etməli idi. Lakin ABŞ bu il iranlı rəsmilər və onların ailə üzvlərinə qarşı viza qaydalarını sərtləşdirib.

Qeyd edilir ki, əvvəllər də ABŞ, İran diplomatlarının Nyu-Yorkda hərəkət azadlığını məhdudlaşdırırdı. Hazırda isə Konqresdə bu məhdudiyyətlərin daha da artırılmasını nəzərdə tutan qanun layihələri müzakirə olunur.

Asya
Milli.Az 

Seçilən
6
2
milli.az

3Mənbələr