AZ

ADNAN Əhmədzadənin vəkili ŞAİQ Mirzəyev DÖVLƏT İŞÇİSİDİR


ADNAN ƏHMƏDZADƏNİN VƏKİLİ DÖVLƏT İŞÇİSİDİR (vəkillik etməsi qanunsuz, hətta korrupsiya əməli hesab oluna bilər)

Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyev Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin Hüquq, kadrlar və sənədlərlə iş departamentinin müdiridir (https://obs.gov.az/observatoriya/struktur/merkezi-aparat/huquq-kadrlar-ve-senedlerle-ish-departamenti) .
Halbuki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.3.1-ci maddəsinə əsasən vəzifəli şəxsin xidməti vəzifəsini icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü ilə məşğul olmaq korrupsiyaya şərait yaradan hüquqpozma sayılır. Problem Mirzəyevin vəkil olmasında deyil. Vəkil ola bilər. Amma işəgötürəndən başqa kimsəyə ödənişli əsasla xidmət göstərə bilməz. Mirzəyev dünən özü bildirib ki, Əhmədzadənin istəyi ilə onu müdafiə edir. Deməli, ödənişli əsaslarla. Bu isə korrupsiyaya şərait yaradan hüquqpozma sayıla bilər. Məsələyə qiymət verilməsi və tədbir görülməsi üçün Baş prokurora, DİN-ə, DTX-ya və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə məktubla müraciət etmişəm.
Məsələnin digər tərəfi də var. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi strukturunda çalışan dövlət qulluqçusu olmayan əməkdaşlar üçün etik davranış Qaydaları”nın (https://sosial.gov.az/storage/articles/1817046057673349.pdf) 7-ci bəndinə əsasən əməkdaş əməkdaş elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, çalışdığı qurumun rəhbərinin icazəsi olmadan pedaqoji fəaliyyətlə məşğul ola bilməz. Həmçinin əməkdaş əmək fəaliyyətinə və iş qabiliyyətinə mənfi təsir göstərən kənar fəaliyyətdən çəkinməlidir. Yəni bu norma da pozulub.
Nəhayət, sağlam məntiq baxımdan həftədə azı bir neçə dəfə nəinki Bakıda, həmçinin regionlarda vəkillik fəaliyyəti göstərən şəxs “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsinin Hüquq, kadrlar və sənədlərlə iş departamentinə necə müdirlik edir görəsən? İşlədiyi qurumda qanunçuluğu təmin etməli olduğu halda qanunu pozur? Kadrların iş vaxtının uçotuna nəzarət etməli olduğu halda özü iş yerində olmur? Axı dövlətdən, yəni bizim hesabımıza əmək haqqı alır. Niyə?
P.S. Problemi vətəndaş kimi, vergi ödəyicisi kimi qaldırıram. Məni Mirzəyevin bilavasitə vəkillik fəaliyyəti deyil, bizim hesabımıza əmək haqqı ala-ala hansı əsasla digər ödənişli fəaliyyətlə məşğul olması maraqlandırır. Vətəndaş olaraq ictimai nəzarəti həyata keçirmək (konkret bu halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzərində), problemləri ictimailəşdirmək və aidiyyəti qurumların diqqətinə çatdırmaq hər birimizin borcudur.
ƏKRƏM  HƏSƏNOV 
Bir 1 nəfər və bunu deyən yazı "12:08 LTE 64 Azerbaycan Respublikası Müdafiasi Nazirliyi Sostal Mudah T Mosolalari Observatorıya vatoriya 「六 asas sahife Struktur Aparat Hüquq, kadrlar ve sens Hüquq, kadrlar departamenti seesera iş Mirzayev Şaiq Sayyad Departament müdiri Email: Şöbelar: ·İnsan resurslarının idara edilmasi şöbasi Şöba Şöba müdiri: Axundlu Sevinc Oqtay .Hüquq va daxili nazarat şöbasi Şöbe müdiri: •Sanadlarla va vatandaşların müraciatlari ila iş şöbasi Şöbe müdiri: Abdullayeva Letafet Nuraddin Azerbaycan AzarbaycanRespublikasi Respublikasi @halinin Mudan Nazirliyi TOK Bazarı Meseleleri Milli Observatoriya Sosial Müdafio f obs.gov.az" şəkili ola bilər


Seçilən
48
17
nuh.az

10Mənbələr