AZ

İstanbulda “Soyuq Müharibə” proqramına görə istintaq başladıldı

İstanbul Baş Prokurorluğu sosial şəbəkələrdə yayımlanan “Soyuq Müharibə” proqramı ilə bağlı yeni istintaq başladıb.

News365.az-ın məlumatına görə, proqramda “İçki bütün pisliklərin anasıdır” hədisi üzərindən Həzrət Məhəmməd ilə əlaqəli təxribat xarakterli ifadələr işlədilib. Bunun əsasında aparıcı Boğaç Soydemir və qonaq Enes Akgündüz barəsində “xalqı kin və düşmənçiliyə təhrik və ya alçaltma” ittihamı ilə həbs qərarı çıxarılıb. Proqramın digər məsul şəxsləri haqqında da eyni qərar verilib.

Baş Prokurorluq açıqlamasında bildirib ki, sözügedən videoda ictimai nifrət və düşmənçiliyi qızışdıran ifadələrin yer aldığı təsbit olunub və cinayət işi üzrə istintaq diqqətlə aparılır.

Hadisə ilə bağlı açıqlama verən Boğaç Soydemir isə sosial şəbəkədə paylaşım edərək üzr istəyib:
“Bir neçə gün əvvəl etdiyim zarafatla insanları incitdiyimin fərqinə vardım. Belə bir niyyətim yox idi. Dostlarım xəbərdar edəndən sonra məsələnin ciddiliyini başa düşdüm. Haqlısınız, buna görə üzr istəyirəm. Sözügedən hissə yayından çıxarılıb”, – deyə o qeyd edib.

News365.az

Seçilən
7
news365.az

1Mənbələr