AZ

"Bank of Baku"nun istiqrazlarına 601 investordan 682 sifariş - BANK20 MİLYON MANATI CƏLB EDƏ BİLDİ

5 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Bank of Baku" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmiş, qeyd olunan qiymətli kağızların abunə yazılışı 08.09.2025-ci il tarixində başlamış və 19.09.2025-ci il tarixində bitmişdi.

Marja xəbər verir ki, AZ2010005364 İSİN kodlu istiqrazların yerləşdirilməsi 23 sentyabr 2025-ci il tarixində həyata keçirilib. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-nın  3.18  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Əsas Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "Bank of Baku" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2010005364

İstiqrazların növü və forması:  Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz

Ticarət üsulu/forması:  Kütləvi / Abunə Yazılışı

İstiqrazların sayı:  200 000 (ədəd)

İlkin ticarət qiyməti:  100 manat

İstiqrazların buraxılış həcmi:  20 000 000 manat

İllik gəlirlilik faizi:  13%

Ödəmə Periodu:  İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 (doxsan) gündən bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) 

Tədavül müddəti:  18 ay

Minimal qiymət: 100.00 (13.0%) manat

Maksimal qiymət: 100.00 (13.0%) manat

Kəsmə qiymət:  100.00 (13.0%) manat

Ortaçəkili qiymət:  100.00 (13.0%) manat

Reallaşdırılmış həcm: 20 000 000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə):  20 000 000 manat

İnvestor sayı:  601

Sifariş sayı:  682

Anderrayter:  "ABB-Invest Investisiya Şirkəti" QSC

Seçilən
27
2
marja.az

3Mənbələr