AZ

Region Liqasının debütantı "Şəfa" ilə qarşılaşacaq

Ötən mövsüm həvəskarların yarışında qalib olan "Marafon" Region Liqasına hazırlığını davam etdirir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Amid Zeynalovun baş məşqçisi olduğu komanda növbəti yoxlama oyunu keçirəcək. 

Sabirabadlılar I Liqanın debütantı "Şəfa" ilə qarşılaşacaq. Oyun 25 sentyabrda Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək. 

Bu, "Marafon"un hazırlıq çərçivəsində ikinci oyunu olacaq. İlk qarşılaşmada Region Liqasında çıxış edəcək "Mərcanlı" ilə qarşılaşan bölgə təmsilçisi 3:4 hesabı ilə uduzub.

Qeyd edək ki, Bakı, Sumqayıt və müxtəlif rayonlardan ümumilikdə 43 komandanın qatıldığı ölkə birinciliyinin final oyununda “Marafon” və “Məhəllə Uşaqları” üz-üzə gəlib. Rəqibini 4:0 hesabı ilə məğlub edən “Marafon” çempion olaraq Region Liqasına vəsiqə qazanıb.

Mirağa

Seçilən
23
1
fanat.az

2Mənbələr