AZ

Avropa Şurası seçkiöncəsi Gürcüstana nümayəndə heyəti göndərir

TBİLİSİ, 23 sentyabr. TELEQRAF

Avropa Şurasının (AŞ) Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti 24-25 sentyabr tarixində Gürcüstana səfər edəcək.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə AŞ-nin yaydığı məlumatda bildirilib.

Səfərin məqsədi Gürcüstandakı cari siyasi vəziyyətin yerli idarəetmə orqanlarına təsirinin qiymətləndirilməsi olacaq, əsas diqqət oktyabrın 4-də keçiriləcək yerli seçkilərə yönəldiləcək.

Nümayəndə heyətinə Yerli hakimiyyətlər Palatasının prezidenti Bernd Foringer və Konqresin yerli və regional seçkilərin müşahidəsi üzrə mətubat katibi Tyuart Dikson, mütəxəssis, professor Tanya Qrop daxildir.

Səfər çərçivəsində Gürcüstanın Mərkəzi Seçki Komissiyasının sədri, ombudsmanın birinci müavini, parlamentin Regional siyasət komitəsinin sədr müavini ilə görüşlər keçiriləcək. Konqres nümayəndələrinin media, QHT və siyasi partiya təmsilçiləri ilə görüşləri də planlaşdırılıb.

Məlumatda qeyd olunub ki, səfər görüş iştirakçılarının legitimliyi və yaxud baxışlarına siyasi dəstək kimi nəzərdən keçirilməməlidir.

Seçilən
14
teleqraf.com

1Mənbələr