AZ

Van hava limanında sərnişindaşıma 1 milyon nəfərə çatır (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin avqust ayında Türkiyənin Van Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalaraq, 986 min 866 nəfər olub.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 11 faiz azalaraq, 982 min 355 nəfər, beynəlxalq reyslər üzrə isə 24 faiz artaraq, 4 min 511 nəfər təşkil edib.

2025-ci ilin avqust ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz azalaraq 9 min 771 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz azalaraq, 9 min 677 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 1,1 dəfə artaraq, 94 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin avqust ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin avqust ayı ilə müqayisədə 22 faiz azalaraq, 10 min 220 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 22 faiz azalaraq, 10 min 172, beynəlxalq reyslər üzrə isə 43 faiz azalaraq 48 olub.

2025-ci ilin avqust ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 162 milyon 530 min 684 nəfər, yük daşınması isə 3 milyon 346 min 622 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Seçilən
10
11
turkic.world

10Mənbələr