AZ

Yemək zamanı su içmək Zərərli deyil

Yemək zamanı su içməyin həzmə mənfi təsir göstərdiyi barədə geniş yayılmış bir mif mövcuddur.

E-saglam.az xəbər verir ki, diyetoloq Maria Aguirre Hola ilə söhbətində bu fikri təkzib edib.

Onun sözlərinə görə, su mədə şirəsini seyreltmir:

“Mədə qəbul edilən qidanın həcminə və növünə uyğun olaraq öz ifrazını tənzimləyir. Biz su içsək belə, orqanizm həzmin effektivliyini qorumaq üçün bu prosesi avtomatik şəkildə nizamlayır”, – deyə Aguirre bildirib.

Bununla yanaşı, o qeyd edib ki, həssas mədəsi olan bəzi insanlar yemək zamanı su içdikdə müəyyən narahatlıq hiss edə bilər. Lakin bu, real bioloji təsir deyil, sadəcə subyektiv qavrayışdır.

Mütəxəssis həmçinin vurğulayıb ki, süfrə arxasında iki stəkandan artıq su içmək tövsiyə edilmir, çünki bu, sadəcə süni toxluq hissi yarada bilər.

Tərcümə: Nəzrin Abbas

e-saglam.az

Seçilən
29
e-saglam.az

1Mənbələr