AZ

Əli Əsədov türkiyəli nazirlə görüşdü

Sentyabrın 23-də Baş nazir Əli Əsədov Türkiyənin milli təhsil naziri Yusuf Tekinlə görüşüb.

Nazirlər Kabinetinin (NK) Mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində dinamik inkişafından məmnunluq ifadə olunub.

Bakıda Türk Anadolu Liseyinin yeni korpusunun istifadəyə verilməsi iki ölkə arasında təhsil sahəsində səmərəli əməkdaşlığın bariz nümunəsi kimi dəyərləndirilib. Eyni zamanda növbəti tədris ilindən Türkiyənin İstanbul şəhərində Azərbaycan məktəbinin açılacağı qeyd edilib.

Y.Tekinin Qarabağ Universitetini, həmçinin Şuşa, Füzuli və Ağdam şəhər orta məktəblərini ziyarət etməsi məmnunluqla vurğulanıb.

Səfər çərçivəsində imzalanmış təhsil və peşə təhsili sahəsində əməkdaşlığa dair sənədlərin əhəmiyyəti qeyd edilib.

Görüş zamanı təhsil, o cümlədən peşə təhsili sahəsində əməkdaşlığın cari vəziyyət və perspektivləri, Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

"Cebheinfo.az" 

Seçilən
32
34
cebheinfo.az

10Mənbələr