AZ

İranlı diplomatlara ABŞ də alış veriş qadağası

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Dövlət Departamenti BMT Baş Assambleyası üçün Nyu-Yorka gələn iranlı diplomatların alış-veriş fəaliyyətlərinə yeni məhdudiyyətlər tətbiq edib. 

Departamentin sözçüsü Tommi Piqott bildirib ki, İran rəsmiləri yalnız BMT mərkəzi ilə rəsmi işləri çərçivəsində hərəkət edə biləcək və onların alış-veriş azadlığı ciddi şəkildə məhdudlaşdırılacaq.

Piqottun sözlərinə görə, İran missiyası əməkdaşları da daxil olmaqla bütün iranlı diplomatlar ABŞ-də topdansatış mağazalarından alış-veriş etmək və ya üzvlük əldə etmək üçün əvvəlcədən icazə almalı olacaqlar.

"CNN"-in məlumatına görə, iranlı diplomatların müəyyən məhsulları alması üçün əlavə icazə tələbi qoyulub. Bunlara 1000 dollardan baha saatlar, dəri və ipək geyimlər, kürk, zinət əşyaları, ətir, elektron cihazlar, spirtli içkilər və qiyməti 60 min dollardan yüksək olan avtomobillər daxildir.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
azpolitika.info

1Mənbələr