AZ

Rusiyanın “İnterviziya” müsabiqəsi fiaskoya uğrayıb Azərbaycan iştirakdan imtina etmişdi

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Rusiyada başa çatan və Kreml tərəfindən “Avroviziya” yarışmasına alternativ kimi təşkil olunan “İnterviziya” beynəlxalq mahnı müsabiqəsinə diqqət olduqca aşağı olub.

“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, nəinki xaricdə, hətta Rusiyanın özündə belə müsabiqəyə maraq çox aşağı olub. Statistika göstərir ki, rusiyalılar son “Avroviziya” mahnı yarışmasına daha çox baxıblar, nəinki Rusiyanın təşkil etdiyi müsabiqəyə.

Hesablamalara görə, Birinci Kanalda “İnterviziya” beynəlxalq musiqi müsabiqəsinin canlı yayımını cəmi 6,7 milyon rusiyalı izləyib. Rusiyanın onlayn resurslarına baxışların ümumi sayı isə demək olar ki, 17 milyona çatıb.

Bu rəqəm hətta uzaq 2021-ci ildə “Avroviziya” yarışmasını izləyən rusiyalıların sayından dəfələrlə azdır. Həmin vaxt sözügedən müsabiqəni təkcə televiziyada 28,5 milyon rusiyalı izləmişdi.

Qeyd edək ki, Azərbaycan 20-yə yaxın ölkənin qatıldığı bu yarışmada iştirakdan imtina edib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
azpolitika.info

1Mənbələr